Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə 19 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyulub. İştirakçılar, həmçinin qəhrəmanlarımızın məzarlarını da ziyarət ediblər.