Sumqayıt şəhərində xüsusi qurğular inşa olunacaq. Sumqayıt24 bu haqda 24 iyun tarixində Bizim.media-ya istinadən xəbər verir.
Novxanı, Goradil və Pirşağıda yerləşən bağ və istirahət yerlərindən çirkab sular birbaşa Abşeron magistral kanalına axıdılır. Buna səbəb isə ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, yarımadanın su-kanalizasiya sisteminin yenidən qurulması üçün qurum tərəfindən master-plan hazırlanıb. Plana əsasən, Ələt qəsəbəsindən Sumqayıta kimi sahilboyu ərazilərdə 11 ədəd yeni su və çirkab təmizləyici qurğuların inşası nəzərdə tutulur.