Sülh küçəsində avtoqəza olub. Bu barədə 13 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən axşam saatlarında 2-ci mikrorayon ərazisində qeydə alınıb. “Hyundai” arxadan “Ford” markalı avtomobilə çarpılıb. Şahidlər bildirirlər ki, qəza “Ford” sürücüsünün qəfildən əyləcə basması, digərinin isə ara məsafəsi saxlamamasına görə baş verib.
Qeyd edək ki, xəsarət alan olmayıb.