Sumqayıtda “Gənclər həftəsi” çərçivəsində şahmat turniri keçirilib. Bu haqda Sumqayıt Gənclər Evi məlumat yayıb.
Qızlar arasında keçirilən yarışda Firuzə İbrahimli 1-ci, İlahə Rəbilova 2-ci, Nəzrin Məmmədova 3-cü yeri tutublar. Oğlanların yarışında isə Ceyhun Hüseynzadə 1-ci, İsmayıl Məmmədov 2-ci və Anar Qasımov 3-cü yerlərə layiq görülüblər.
Turnirin qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.