Sumqayıtda başını polis bölməsinə çırpan şəxs cərimələnib. Sumqayıt24 bu haqda 17 iyun tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Bir neçə gün əvvəl, gecə saat 02:00 radələrində sərxoş vəziyyətdə yaşadığı ərazidə səs-küy yaradan 30 yaşlı Rəşad Məmmədli (ad şərtidir) 4-cü Polis Bölməsinə gətirilib. Bundan daha da aqressivləşən şəxs başını zərbə ilə bölmə binasına çırparaq özünə xəsarət yetirib. Məhkəmənin qərarı ilə o, 200 manat cərimələnib.
Məhkəmə zalında çıxış edən Rəşad hadisələrin içkili olduğu üçün baş verdiyini və bundan peşman olduğunu bildirib.