Yenilənib saat 10:15
Sexdə baş verən yanğın söndürülüb. Nəticədə tikilinin dam örtüyü təqribən 670 kv.m sahədə yanıb.
Saat 09:53
Sumqayıtda sexdə yanğın baş verib. Sumqayıt24 bu haqda 17 may tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.