Sumqayıtda sertifikasiya imtahanları keçiriləcək. Sumqayıt24 bu barədə 30 avqust tarixində Bizim.media-ya istinadən xəbər verir.
Bu gün və sabah baş tutacaq imtahanlarda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının 413 məktəbindən 2241 ibtidai sinif müəllimi qatılacaq.
İKT vasitəsilə aparılacaq imtahanlar Sumqayıt şəhərindəki N. Tusi adına 12 saylı və Xaçmaz şəhərindəki C. Cabbarlı adına 6 saylı məktəblərin binasında təşkil olunacaq.