"Sumqayıt Toxucu-Tikiş" MMC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. Sumqayıt24 bu haqda 4 mart tarixində Fed.az-a istinadən xəbər verir.
Protokol İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi iddası ilə irəli sürülüb. Maddəyə görə, fiziki şəxslər 20-50 manat arası, vəzifəli şəxslər 70-100 manat arası, hüquqi şəxslər isə 250-500 manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalovun icraatındadır.