“SOCAR Polymer” MMC-nin rəhbərliyi ahıllar üçün bayram sovqatlarının hazırlanmasında dəstək göstərib. Sumqayıt24 bu haqda 16 mart tarixində “Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt”a istinadən xəbər verir.
Şirkətin məsul işçisi Orxan Xəlilzadə və bölmə könüllüləri yataq xəstələrinin sovqatlarını evlərində catdırıblar. Novruz bayramı ilə bağlı yataq xəstələrinə aparılan sovqatlara “Lactalis Caspi” MMC-nin süd məhsulları da əlavə edilib. [modula id="33312"]