Sumqayıtda SMS tipli sayğaclarda problemli vəziyyət yaranıb.
Sumqayit24.az- a daxil olan məlumata görə, 12-ci mikrorayon bina 5-ə “Azərişıq” ASC SMS tipli sayğac quraşdırıb.
Sakinlərin dediklərinə əsasən, vətəndaşlar pul yükləyən zaman texniki problem yaşayırlar.
“Bəzən günlərlə yüklədiyimiz pul sistemə oturmur. Dəfələrlə məsələ ilə bağlı ərizə yazmışıq, şikayət etmişik xeyiri yoxdur. Biz neçə ildir ki, bu problemlə yaşayırıq”, - deyə sakinlərdən biri bildirib.
Şikayətçilər aidiyyəti qurumlardan məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.
Mövzu ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlasaq da, qurum açıqlama verməyib.