Sumqayıtda “Məişət zorakılığına məruz qalmış ailələr və münaqişəli ailələrdə əziyyət çəkən uşaqlara dəstək” mövzusunda tədbir baş tutub.
Sumqayit24.az xəbər verir ki, toplantı çərçivəsində ölkəmizdə ailə dəyərlərinin qorunması, məişət zorakılığı hallarının qarşısının alınması və bu sahədə dövlət tərəfindən görülən tədbirlər barədə geniş məlumat verilib.
Çıxış edənlər məişət zorakılığına qarşı mübarizənin vacibliyini vurğulayıblar.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.