Sumqayıtda “Gənclər həftəsi” çərçivəsində stolüstü tennis yarışı keçirilib. Bu haqda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Qızlar arasında keçirilən yarışda Nurcahan Məmmədli 1-ci, Leyla Məmmədli 2-ci, Fatimə Vəliyeva və Məryəm Hilalova isə 3-cü yerləri tutublar.
Oğlanların yarışında isə Aslan Musazadə 1-ci, Vaqif Vəliyev 2-ci, Adil Hilalov və Kənan İbadi 3-cü yerlərə layiq görülüblər.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.