“Şuşa Kuboku” adlı bilik yarışının IV zona mərhələsi başa çatıb. Bu haqda bu gün, 15 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
"Xəmsə” formatında keçirilən birinciliyin məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir. Yarışda 17 saylı tam orta məktəbin “Dəmir Yumruq” komandası 1-ci, 10 saylı tam orta məktəbin “Uğur” komandası 2-ci, 9 saylı tam orta məktəbin “Xarı-Bülbül” komandası isə 3-cü yerlərə layiq görülüblər.