Sumqayıtda “Şuşa şəhərinin 270 illik yubileyi” qeyd olunub. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixində şəhər Təhsil Şöbəsinə istinadən xəbər verir.
Bununla bağlı 5 nömrəli məktəbdə tədbir keçirilib. Burada təhsil şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim kollektivi, eləcə də şagirdlər iştirak ediblər.
İştirakçılara Şuşanın qədim tarixi barədə məlumat verilib, şəhərin Qarabağ xanlığı dövründə paytaxt olması, müasir dövrümüzdə mədəniyyət şəhəri elan edilməsi qeyd edilib.
Daha sonra, məktəblilər “Xudayar təsnifatı”, “Ana yurdum”, ”Şuşanın dağları”, ”Şən Azərbaycan”, "Cənnətim Qarabağ", “Biz mehriban ailəyik” və digər milli musiqilərimizi səsləndirib, “Xarı bülbül” tamaşasını nümayiş etdiriblər. Həmçinin aşağı sinif şagirdləri görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals və milli rəqslər ifa edilbər.