Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha, ehtiyacı olan ahıllara və ailələrə yardım edilib. Sumqayıt24 bu haqda QAC Sumqayıta istinadən xəbər verir.
QAC-ın əməkdaşları tərəfindən həmin şəxslərə “Lactalis Caspi” MMC-nin göndərdiyi süd məhsulları çatdırılıb. Bölməyə gələ bilməyən yataq xəstələrinə isə məhsullar evlərinə gətirilib.