Sumqayıtda yazıçı Eluca Atalı ilə görüş keçiriləcək. Bu haqda 2 mart tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 6 mart saat 12:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri AYB-nin üzvü, İsveçdə yaşayan yazar Eluca Atalı ilə görüşəcəklər.