Sumqayıt şəhərinin 76-cı məhəllə ərazisində hərbi sursat tapılıb. Sumqayıt24 bu haqda 28 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ünvana Xüsusi riskli xilasetmə xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Sursatın iki ədəd BR-281 zirehdələn-izlikli tank mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Yaxınlıqda başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar olunmayıb.