Sumqayıtın sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.