Sumqayıtda Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirilib. Sumqayıt24 bu haqda 17 iyun tarixində şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Görüşdə icra başçısı Zakir Fərəcov, Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova, millət vəkili Müşfiq Məmmədli, səhiyyə müəssisələrinin rəhbərləri və işçiləri iştirak ediblər.
Burada onlar mövzu ilə bağlı çıxış edib, öz fikirləri ilə bölüşüblər.
Daha sonra bir qrup tibb işçisi şəhər icra hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.