Sumqayıt şəhərində dezinfeksiya işləri görülüb. Sumqayıt24 bu haqda bu gün, 5 iyul tarixində DünyaTV-yə istinadən xəbər verir.
İşlər Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən şəhərin 2-ci mikrorayon, bulvar və digər ərazilərdə aparılıb.
Mikrorayonların və məhəllələrin daxilləri, binaların ətrafları, uşaq meydançaları, liftlər xüsusi məhlullarla təmizlənib.
Bundan əlavə, gəmiricilərə və müxtəlif ziyanverici həşəratlara qarşı tədbirlər də görülüb.
Tibbi-profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.