Sumqayıtda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib. Bu haqda 9 mart tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
“Araz” marketin qarşısında baş tutan aksiya zamanı vətəndaşlar tərəfindən 245 ədəd işlənmiş batareya, ümumi tutumu 180 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb. Burada 12 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri də iştirak edərək yığdıqları işlənmiş batareyaları təhvil veriblər.
Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.