Sumqayıtda ting paylama aksiyası keçirilib. Sumqayıt24 bu haqda bu gün, 28 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Aksiya “Bir ağac - min nəfəs” devizi altında keçirilib. Könüllülər sakinlərə Eldar şamı, sərv, nar, heyva, xurma tingləri hədiyyə edib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar veriblər.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilib.