Sumqayıtda toy məclisində qonaq dünyasını dəyişib. Sumqayıt24 bu haqda bu gün, 24 iyun tarixində Trend.az-a istinadən xəbər verir.
Məlumata əsasən, hadisə 17-ci mikrorayonda yerləşən "Gold Palace" şadlıq sarayında baş verib. Saleh Bayramovun məclis zamanı halı pisləşib. Buraya gələn tibbi yardım briqadası 55 yaşlı kişini müayinə edib. Onun infarkt keçirməsi məlum olub. Bayramov xəstəxanaya aparılan zaman dünyasını dəyişib.