Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə "Turnikdən daha çox kim dartınar" adlı müsabiqə keçirilib. Sumqayıt24 bu haqda bu gün, 23 fevral tarixində məktəbin Facebook hesabına istinadən xəbər verir.
Məlumata əsasən, müsabiqə "Sağlam Təhsil - Sağlam Millət" lahiyəsi çərçivəsində təşkil edilib. Yarışmada 4b və 4ç sinif şagirdləri iştirak ediblər. 1-ci yeri tutan Turan Məhərrəmliyə kompyuter, 2-ci yerin sahibi Ümud İbrahimliyə telefon, 3-cü yerdə qərarlaşmış Ömər Məhmədyarlıya isə qulaqcıq hədiyyə olunub.
"Sağlam Təhsil - Sağlam Millət" lahiyəsinin rəhbəri Nigar Şahhüseynbəyova hədiyyə və diplomları qaliblərə təqdim edib.