Sumqayıt şəhərində üçəm dünyaya gəlib. Bu barədə 31 avqust tarixində Tibb Mərkəzinə istinadən xəbər veririk.
Şabran rayon sakini, 32 yaşlı Turan Müseyibova təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzinə yerləşdirilib. T. Müseyibova dərhal əməliyyata alınıb və o, üçəm dünyaya gətirib. Körpələrin hər üçü oğlan uşağıdır, onlardan ikisi 1700 qram, biri isə 1460 qramdır. Onların müalicəsi plan üzrə aparılır.