Sumqayıt Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib. Sumqayıt24 bu barədə 10 dekabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Toplantıda 14 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx izlənilib.
Tədbir iştirakçılarına muzeyin kiçik elmi işçisi tərəfindən dahi öndərin zəngin həyat yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, Sumqayıt şəhərinə diqqət və qayğısından bəhs edən “Xalqa həsr olunan ömrün Sumqayıt səhifələri” mövzusunda mühazirə təqdim edilib.