Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Sumqayıt24 bu barədə DünyaTV-yə istinadən xəbər verir.
Mərasimdə icra başçısı Zakir Fərəcov, milət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra onlar Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar, sənədli film izləyiblər.