Sumqayıt şəhərində unun qiymətində enmə müşahidə olunur. Sumqayıt24 bu barədə 5 yanvar tarixində XəzərXəbər-ə istinadən məlumat verir.
Bu gündən unun kisəsi (45 kq) 35.50 manatdan başlayaraq müştərilərə təklif edilir. Un satışını həyata keçirənlərin sözlərinə görə, qiymətin aşağı düşməsi un dəyirmanlarında ucuzlaşma ilə əlaqədardır.