Sumqayıt şəhərində yerləşən 63 saylı körpələr evi–uşaq bağçasını qurd basıb.
Sumqayit24.az xəbər verir ki, binanın bir hissəsində hazırda keçmiş məcburi köçkünlər yaşayır, digər hissəsi isə uşaq bağçası kimi fəaliyyət göstərir.
Şikayətçilərin sözlərinə görə, bagça rəhbərliyinin təşkilatçılığı ilə dərmanlama aparılsa da, qurdların ağaclardan yayılması səbəbindən problem hələ də qalır. Qurdlar pəncərələrdən içəri girir, uşaqlar qorxur.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə tez-tez baxış keçirilməsini və lazımi dərmanlama aparılmasını xahiş edirlər.
