Sumqayıtda 2-ci sinif şagirdi dünyasını dəyişib. Sumqayıt24-ə bu məlumat 22 fevral tarixində daxil olub.
H.Z. Tağıyev qəsəbəsində yaşayan A. Ravil bir neçə gün öncə suçiçəyi xəstəliyinə yoluxub. Nəticədə onun qızdırması qalxmış və səhhəti ağırlaşmışdı. Valideynləri uşağı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparan zaman o, yolda vəfat edib.
Məlumata görə, həkimlər məktəblinin cansız bədənini yalnız polis əməkdaşları gələndən sonra valideynlərinə təhvil veriblər.