Sumqayıt şəhərində hər həftənin cümə və şənbə günləri uşaqlar üçün şou proqram təşkil edilir. Bu haqda Sumqayıt24 bu gün, 1 mart tarixində xəbər verir.
“Kids Show” zamanı balacalar üçün əyləncəli və hədiyyəli oyunlar keçirilir. Onların asudə vaxtlarına cizgi və bədii filmlərinin personajları rəngarənglik qatacaqlar.
Əyləncə saatı 5-ci və 6-ci günlər saat 18:00-dan 20:00-a kimi davam edir. Giriş ödənişsizdir.
Ətraflı məlumat üçün: (050) 268-40-52 və (050) 268-40-20 nömrələri ilə əlaqə saxlamaq olar.
Ünvan: Sumqayıt şəh. Dənizkənarı park, Turan Restoranı.