Sumqayıtda iki uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, ünvana Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalan uşaqlar xilas ediliblər.