top
Sumqayıtda uşaqların sevincini “qursaqlarında qoydular” 
02 iyun 2025, 00:00
- ↺ +

Sumqayıtda uşaqların sevincini “qursaqlarında qoydular” 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Sumqayıtda yüzlərlə valideyn üçün həm bayram idi, həm də sınaq. Əl-ələ tutub sahilə və parka üz tutan valideynlər övladlarına xoş bir gün yaşatmaq istəyirdilər, amma…

Uşaqların gözlərində sevinc, valideynlərin isə üzündə həm sevinc, həm də narahatlıq vardı. Təəssüf ki, bu narahatlığın səbəbi çox keçmədən özünü göstərdi: qiymətlər.

İki gün əvvəl qiyməti 1 manat olan karusellər "dəyərlənərək" 2 manat təşkil edib. Elektrik maşınlar, pambıq şirniyyatı, dondurma, sərin içkilər – hamısının qiyməti 50-100 faiz artırılıb. Bəziləri üçün bu sadəcə “bazarlıq qaydası”dır. Amma bəs bu günün adı nə idi? Uşaqlar Günü.

Bir ata uşağını cəmi bir karuselə mindirib, dondurma alaraq geri döndü. Gözlədiyimiz səhnə bu idimi? Bayram günü – sadəcə müəyyən sahibkarların əlavə qazanc günü olmamalıdır. Əgər bu günlərdə sevinc “qiymət etiketinə” çevrilirsə, biz uşaqların gələcəyini necə formalaşdıracağıq?

Ədalətli olmalı idik. Bu cür günlərdə bəlkə də qiymətlər endirilməli, uşaqlara daha çox imkan yaradılmalı idi. Amma əksinə oldu. Valideynlərin çoxu dar büdcəsinə görə məcbur qalıb övladlarını vaxtından tez evə apardı. Sevinci yarımçıq, uşaqların arzuları isə növbəti ilə saxlanıldı.

Biz hansı dəyərləri təbliğ edirik? Uşaqlar bizim gələcəyimizdir deyirik, amma onların bir gün sevincini belə “satış fürsəti” kimi görürüksə, sabaha hansı ümidlə gedirik?

Sumqayıtın parklarında, karusellərin yanında eşidilən gülüşlər bir neçə dəqiqəlik idi. Sonra yerini valideynlərin susqunluğuna, uşaqların başını aşağı salmasına verdi.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü  — təkcə təqvimdə bir tarix deyil. Bu, cəmiyyətin uşaq sevgisinin və qayğısının güzgüsüdür.

Son xəbərlər

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Oxşar xəbərlər