"Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub.
Sumqayit24.az xəbər verir ki, müraciətlər arasında psixoloji dəstəklə bağlı sorğular üstünlük təşkil edib.
Bildirilib ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları Sumqayıtda bu xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri həyata keçiriblər.