Sumqayıtda 1 nəfərin barmağında üzük sıxışıb qalıb.
Sumqayit24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.