Sumqayıtda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım edilib. Bu haqda bu gün, 28 iyun tarixində Vəkillər Kollegiyasına istinadən xəbər veririk.
Deputatlar Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev və Müşfiq Məmmədlinin iştirakı ilə tədbir keçirilib. Aksiya zamanı Sumqayıt Regional və "Şimal" Vəkil Bürolarının 15 vəkili tərəfindən 60 vətəndaşa ödənişsiz yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb.
Müraciətlərin böyük hissəsi aliment, əmlak, əlilliyin müəyyən edilməsi ilə bağlı olub.