Sumqayıtda 1 il ərzində koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb. Bu haqda Xeberle.com məlumat verib.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovanın verdiyi məlumata görə, ötən ilin oktyabr ayından bu günə qədər şəhərdə 524 minə yaxın Covid-19 əleyhinə vaksin vurulub. Hər iki doza alan sakinlərin sayı 212 min 810 nəfər, 3-cü (buster) doza alanların sayı isə 83 min 921 nəfər təşkil edir.
Qeyd edək ki, vaksinasiya üçün şəhərdə daimi 8 tibb və səyyar tibb məntəqələri fəaliyyət göstərir.