Sumqayıt şəhər Vərəm Əleyhinə Xəstəxanada müalicə alan xəstə ilə maarifləndirici sessiya aparılıb. Sumqayıt24 bu barədə 23 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
"Sağlamlığa Xidmət" İB-nin əməkdaşları monitorinq və superviziya səfəri zamanı, xəstənin 1 aylıq vərəm əleyhinə dərmanlarını həkiminə təhvil verib. Məqsəd isə onun birbaşa həkim nəzarəti altında müalicə alması olub.
Süni intellektə malik olan Yaponiya istehsalı olan portativ "FDR X - air" adlı rentgen aparatı ilə pasiyentin döş qəfəsi rentgen müayinəsindən keçirilib. Ondan bəlğəm nümunəsi götürülüb və müayinə olunması üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriyasına göndərilib.