Sumqayıtda vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə gecə saatlarında qeydə alınıb. Çağırış üzrə xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.