Bir nəfər köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 17 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Sumqayıt şəhərində yerləşən mənzillərin birində qeydə alınıb. Əraziyə dərhal xilasetmə qüvvələri cəlb olunub. Nəticədə əməkdaşlar bağlı qapını açaraq vətəndaşa müvafiq köməklik göstəriblər.