Sumqayıt Dövlət Dram Teatrında “Xəzinə” pyesinin məşqlərinə başlanılıb. Bu haqda Mədəniyyət.az saytına istinadən xəbər veririk.
Hafiz Ataxanlının yazdığı pyesin məşqlərinə Nizami Gəncəvinin 880 illiyi çərçivəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə start verilib. Didaktik nəsihət tamaşasına teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verir.
Səhnə əsərinin fevral ayında təhvil verilməsi planlaşdırılır.
Bundan əlavə, Əməkdar artist Namis Şirməmmədovun quruluş verdiyi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının məşqləri də bitmək üzrədir. R.Ağayevin “Bir gecənin nağılı” lirik-psixoloji dramı (rejissor – Gülnar Hacıyeva) da səhnələşdiriləcək.