Nizami Gəncəvi adına Kitabxana klubda “Xalq üçün yaşayan ömür” adlı kompozisiya keçirilib. Sumqayıt24 bu haqda 11 mart tarixində xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə Milli Qəhrəman Polad Həşimov adına 28 nömrəli məktəbin 2-ci sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər.
Şagirdlər mövzuya aid şeirlərdən ibarət kompozisiya və “Heydər babanın nəvələriyik” adlı mahnı ilə çıxış ediblər. Kitabxana əməkdaşlarının hazırladıqları videoçarx nümayiş olunduqdan sonra “Azərbaycanın özü qədər əbədi” başlıqlı sərgidə kitab və dövri mətbuat materialları nümayiş edilib.