2 saylı Sumqayıt şəhər xəstəxanası ("Sarı" qaya) istifadəyə verilir. Sumqayıt24 bu haqda 5 yanvar tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin sərəncamı ilə tibb ocağı yenidən inşa olunub. Xəstəxana hazırda müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Yaxın zamanda sakinlər burada göstərilən xidmətlərdən yararlana biləcəklər.