Sumqayıtda ehtiyaclı ailələrə yardım edilib. Sumqayıt24 bu haqda 4 mart tarixində xəbər verir.
Adının hallanmağını istəməyən xeyriyyəçi Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt bölməsinin qeydiyyatında olan ailələrə ərzaq bağlamaları göndərib. Bölmə sədri Mətanət Məhərrəmova ona öz adından və kollektiv adından minnətdarlığını bildirib.