Sumqayıtda insanların üzündə təbəssüm yaradacaq hadisə baş verib. Sumqayıt24-ə bu haqda 30 iyun tarixində izləyicilər məlumat verib.
Belə ki, Azərbaycan prospektində yerləşən parkda, ağaca dırmaşan balaca pişik balası yerə enə bilməyib. Çox keçmədən onun köməyinə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları yetişiblər. Onlardan biri ağaca qalxıb və köməksiz vəziyyətdə qalan kiçik canlını xilas edib.