Sumqayıt Tibb Mərkəzində növbəti seminar keçirilib. Sumqayıt24 bu haqda 5 iyul tarixində Mərkəzin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Elmi-praktiki görüş "Kliniki praktikada xroniki koronar sindromun idarəedilməsi: profilaktika və simptomların nəzarətində olan problemlər" mövzusunda təşkil olunub. Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yasmin Rüstəmova müalicə üsullarından və protokollardan, bu sahədə mövcud olan problemlərdən danışıb.
Burada, STM-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlər iştirak ediblər. Onlar ilə fikir mübadiləsi aparılıb.