Bakı-Sumqayıt yolunda "Azpetrol"un avtomobili TIR ilə toqquşub. Bu barədə Unikal.org bu gün, 17 dekabr tarixində məlumat yayıb.
Məlumata əsasən, yol-nəqliyyat hadisəsi Sumqayıt maşın bazarı adlanan ərazidə qeydə alınıb. Burada "Azpetrol"un yanacaq daşıyan maşını ilə TIR toqquşub. Xəsarət alanlar barəsində məlumat yoxdur. Qəza nəticəsində yük maşınında olan şüşələr yola səpələnib.
Bu səbəbdən adı çəkilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.