H.Z. Tağıyev qəsəbəsində yenidən hərbi sursat tapılıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin “112” qaynar xəttinə daxil olan məlumatdan sonra, əraziyə minalardan təmizləmə üzrə çevik qrup cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görülüb.
Aşkar edilmiş 1 ədəd 35mm-lik yandırıcı zirehdələn zenit mərmisi mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Axtarış zamanı hər hansı təhlükəli və ya şübhəli digər əşya aşkarlanmayıb.