Sumqayıtda yanğın nəticəsində bir nəfər xəsarət alıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yanğın avtomobil təmiri sexində baş verib. Ümumi sahəsi 20 kv.m olan sexin içərisində 1 ədəd divan yanıb.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Sexin qalan hissəsi alovdan mühafizə edilib.