Sumqayıt şəhərində yararsız vəziyyətdə olan yataqxanalar haqda əvvəl də xəbər vermişdik. Bu gün, 29 mart tarixində Sumqayıt24 daha iki qəzalı yaşayış binasından xəbər verəcək.
Tağıyev qəsəbəsi, Gənclik 1 küçəsində yerləşən yataqxana günü gündən dağılmağa doğru gedir. Sakinlərin sözlərinə görə, onlar burada 35 ildən çoxdur ki yaşayırlar. Binanın tikintisi zamanı taxtadan istifadə edilib və illər ötdükcə yağış suları içəri dolaraq divarları, pilləkənlərı, pəncərələri sıradan çıxarır. Əldə etdiyimiz məlumata əsasən, burada 15 nəfər yaşayır.
Digər yataqxana isə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşir. Yataqxana Texniki Kollec (Kimya Texnologiya Texnikumu) nəzdindədir. Burada gördüyümüz mənzərə digər yataqxanalardan seçilmir. Yararsız vəziyyətdə olan divar, tavan, döşəmə, pilləkənlər sakinlərin yaşayışını çətinləşdirir. [modula id="12265"]